Azərbaycanda qanunsuz evlərin sənədləşdirilməsi təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi təklif
edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.


Hesabatda ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun
ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara
(sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt
edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə
bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq
sahələrində tikilmiş evlərin inventarlaşdırılması və dövlət
qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni
yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu
obyektlərinə ünvanların verilməsi təklifi qeyd edilib.

Teqlər: