Azərbaycanda polis mayoru vəfat etdi

Azərbaycanda polis mayoru vəfat etdi

Bir müddət öncə Göygöl rayonunda yol qəzasına düşən Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Qubat Qasımov həyatını itirib.

AzerTimes xəbər verir ki, polis mayoru gecə saatlarında Gəncə şəhərində müalicə aldığı özəl xəstəxanalardan birində həyatını itirib.

Qeyd edək ki,Qubat Qasımov həm də qazi atası idi.Onun övladı 44 günlük Vətən müharibəsində iştirak edib.

Teqlər: