Azərbaycanda polis faciəvi şəkildə öldü

Azərbaycanda polis faciəvi şəkildə öldü

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən AzerTimes -a verilən məlumata görə, hadisə Qırlı kənd yolunda qeydə alınıb.

Minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü 1987-ci il təvəllüdlü Aqil Məqsəd oğlu Alıyev həlak olub.

Məlumata görə, o, Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: