Azərbaycanda plagiat əleyhinə milli sistem hazırlanır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda plagiat əleyhinə milli sistem hazırlanır.

Bu barədə AzerTimes-a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər.

Qeyd olunub ki, sistemin konsepsiyası artıq hazırdır: “Biz plagiat əleyhinə sistemin işini öyrənmişik və öz xidmətimizin hazırlanmasına başlamışıq. Bundan başqa, məlumatların intellektual təhlili üzrə tədqiqatlar aparılır. Bu işlər çərçivəsində “CrossRef” qeyri-kommersiya təşkilatı və DOI beynəlxalq fondu rəqəmsal obyektlərin eyniləşdiricisi üzrə geniş məlumatları instituta təqdim edib”.

İnstitutdan, həmçinin bildiriblər ki, qurum plagiatla mübarizə üsullarını, o cümlədən plagiat əleyhinə proqram təminatını və əsas göstəricilər üzrə təhlili öyrənib.


(Tərcümə: Orxan Nəbiyev)