Gömrük Akademiyasındakı tələbələrlə tanış olduğum zaman nə qədər parlaq və perspektivli gənclər olduğunu gördüm.
AzerTimes-ın məlumatına görə, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya deyib.
O bildirib ki, bu, gələcəyə və Azərbaycanda gömrük sahəsində aparılan islahatların daim uğurlu olacağına böyük ümidlər verir.