ABŞ-ın Şərq sahilində qar fırtınası səbəbindən minlərlə insan işıqsız qalıb

ABŞ-ın Şərq sahilində yaşayan bir neçə min insan qar fırtınası səbəbindən işıqsız qalıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “NBC News” televiziya kanalı xəbər verib.

PowerOutage.us saytının məlumatına əsasən, Massaçusets ştatında 96 mindən çox insan işıqsız qalıb. Şərq sahilinin müxtəlif yerlərində də elektrik enerjisinin kəsilməsi gözlənilir.

Massaçusets, Merilend, Nyu-Cersi, Nyu-York və Rod-Aylend ştatlarında fövqəladə vəziyyət elan edilib. Hakimiyyət orqanları insanları mümkünsə evdə qalmağa çağırıb.