Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ təsdiqləndi

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ
veriləcək.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları
haqqında” qanuna dəyişiklikdə əskini tapıb.

Mövcud qanunvericiliyə əsasən, əlilliyə görə pensiya alanın yaşa
görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə
pensiya almaq hüququ yoxdur. Yəni pensiya növünün dəyişdirilməsi
hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda
bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq
ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü
oxunuşda qəbul edilib.

Teqlər: