Azərbaycanda otellərin gəlirləri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1 faiz artaraq 209,2 milyon manat olub.

AzerTimes-ın məlumatına görə, gəlirlərin 59,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 2,5 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.


2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11,2 faiz səviyyəsində olmuşdur (2020-ci ildə 6,5 faiz). Bu göstərici Şabranda 82,2 faiz, Beyləqanda 25,5 faiz, Qubada 22,2 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 19,1 faiz, Qəbələdə 16,2 faiz, Bakıda 14,2 faiz, Ağcabədidə 14,0 faiz, Bərdədə 13,0 faiz, Göyçayda 12,9 faiz, Cəlilabadda 12,7 faiz, Sabirabadda 12,0 faiz, Şəmkirdə 11,7 faiz, Şamaxıda 11,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Teqlər: