Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə Azərbaycanda elektron kommersiya platformalarında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 68 faiz artıb.

Trend-in məlumatına görə, bunu “Azexport” internet portalının rəhbəri Ayxan Qədəşov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstəricinin artmasına pandemiya yol açıb, belə ki, bu dövrdə bütün biznes onlayn mühitə keçib.

“2021-ci ildə Azərbaycanda 7 milyard dollardan çox onlayn alqı-satqı reallaşdırılıb. Bu, 2020-ci illə müqayisədə 3,32 milyard dollar və ya 68 faiz çoxdur”, – deyə o bildirib.


A.Qədəşov qeyd edib ki, ölkədə həmçinin bank kartlarının sayı artıb.

“2021-ci il dekabrın sonunda Azərbaycanda bank kartlarının sayı 11,04 milyon ədəd təşkil edib. Bu da öz növbəsində ölkəmizdə elektron kommersiyanın artımına xidmət edir”, – o, deyib.

(Tərcümə: Orxan Nəbiyev)