Azərbaycanda müəmmalı olay: Bir gündə 58 nəfər…

Azərbaycanda müəmmalı olay: Bir gündə 58 nəfər…

Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 50-dən çox vətəndaş xəstəxanaya müraciət edib.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, 58 nəfər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxana gətirilib. Onlara köməklik göstərilib və evə buraxılıblar.

Vətəndaşların içməli sudan zəhərləndiyi ehtimal edilir.

Qeyd edək ki, müraciət edənlərdən 40 nəfəri yetkinlik yaşına çatmayanlardır.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: