Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 20 faizdən çox artırılıb

Ötən il Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə 4
milyard 542 milyon manat vəsait ayrılıb. Bu da əvvəlki ildən 21
faiz və ya 787 milyon manat çoxdur.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman
deyib.

Nazir bildirib ki, Azərbaycanın müdafiə və təhlükəsizlik
qabiliyyətinin artırılması Prezident İlham Əliyevin tapşırığı
əsasında həyata keçirilib.

Teqlər: