Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “mü” ştammı ilə yoluxma faktı qeydə alınmayıb.
AzerTimes-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, “mü” ştammı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb. H.Harmancı bildirib ki, yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır:
“COVID-19-un “mü” ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.
Twitter: @ElchinMehdiyev