Rusiyanın “MİR” milli ödəmə sisteminin kartları ilə Azərbaycanda
ödəniş imkanlarının yaradılması rusiyalı turistlərin Azərbaycana
cəlb olunmasına böyük kömək edə bilər.
Trend-in
məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov mətbuat konfransında deyib.
O bildirib ki, son dövrlərdə Azərbaycanda Rusiya turistlərinin
sayı artır.
“Bu gün daşıyıcıların sayı çox deyil, amma artıq onların sayı
artmaqdadır. “MİR” kartları ilə ödəniş imkanları turistlərin
Azərbaycana cəlb olunmasına çox kömək göstərə bilər” – M.Boçarnikov
deyib.
(Tərcümə: Orxan Nəbiyev)