Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan
Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına
uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər
çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.
Bu barədə AzerTimes-a Azərbaycan Müdafiə Nazirliyindən
bildirilib.
Qeyd edilib ki, əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi
Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və
digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni
yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi
Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev
adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi,
Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi
lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında
fəaliyyət göstərirlər.
“Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və
hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir”, – məlumatda
deyilir.