Azərbaycanda “Meymun çiçəyi” virusu yayıla bilər?

Dünyanın bir çox ölkəsində “meymun çiçəyi” virusu
yayılmaqdadır.

Bəs bu virus Azərbaycanda yayıla bilər?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev
bildirib ki, nadir rast gəlinən virus olan “meymun çiçəyi”nin hələ
ki, ölkəmizdə yayılma ehtimalı azdır.

“Bu xəstəlik Çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və
“Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla
bilər. Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi
və baş ağrısıdır. Xəstəliyin epidemiyaya çevrilmə riski çox azdır”,
– deyə infeksionist bildirib.

Qeyd edək ki, “su çiçəyi”nin bir növü olan bu xəstəlik rəsmi
olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri
demək olar ki, “su çiçəyi” ilə eynidir. Bu virus bir neçə həftəyə
sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.

Teqlər: