Azərbaycanda məşğulluq xəritəsi hazırlanır

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda məşğulluq xəritəsi hazırlanır.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.


O qeyd edib ki, məşğulluğun tamamilə elektronlaşdırılması nəzərdə tutulur. M.Abbasbəyli bildirib ki, məşğulluq xəritəsinin yaradılması məşğulluq sahəsində məlumatların operativ əldə edilməsini, bu sahədə daha effektiv addımdar atılmasına imkan yaradacaq.

Teqlər: