Azərbaycanda “MasterCard” kartları “Apple Pay”i dəstəkləyir – Şirkət rəsmisi

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanda “MasterCard” kartları “Apple Pay” ödəniş sistemini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar “Gələcək indidir” adlı onlayn konfrans zamanı deyib.

O bildirib ki, hazırda Beynəlxalq Bankın, “Kapital Bank”, “Unibank” və “Bank Respublika”nın “MasterCard” sahibləri “Apple Pay” sisteminə qoşula bilər.

E.Çakar əlavə edib ki, ilin sonunadək digər bankların da layihəyə qoşulması gözlənilir.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: