Cəlilabad rayonunda 21 yaşlı qadın baltalanıb.
AzerTimes xəbər verir ki, rayonun Yusublu kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olduğu arvadı Səbinə Abbasovaya şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı balta ilə ağır xəsarətlər yetirib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.