ABŞ bu möhtəşəm PUA-sını Ukraynaya verir

ABŞ bu möhtəşəm PUA-sını Ukraynaya verir

ABŞ bir neçə “Qrey İql” (“Boz Qartal”) PUA-sını Ukraynaya göndərmək imkanını nəzərdən keçirir.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Həmin dronlarda spesifik və texniki düzəlişlər edilir ki, bu da qısa müddətdə onların Ukraynaya çatdırılmasını asanlaşdırır. Lakin bunlar vaxt aparır və kifayət qədər mürəkkəb prosesdir”, – məlumatda deyilib.

Qeyd edək ki, Ukrayna uzun müddətdir ki, ABŞ-dan “Helfire” raketləri ilə təchiz olunmuş “Qrey İql” MQ-1C çoxməqsədli dronlarını istəyir.

Teqlər: