Azərbaycanda kənd təsərrüfatı məhsullarının dəyəri açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2022-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri 394,6 milyon manat təşkil
etmişdir ki, onun da 373,9 milyon manatı heyvandarlıq, 20,7 milyon
manatı isə bitkiçilik məhsullarının payına düşür.

AzerTimes-ın
məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd
təsərrüfatının istehsalı 2,7 faiz, o cümlədən heyvandarlıq
məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə 4,8 faiz
artıb.

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 44,4 min ton
ət, 1 59,2 min ton süd, 157,0 milyon ədəd yumurta istehsal edilib,
2021-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd
istehsalı 1,4 faiz və yumurta istehsalı 2,7 faiz artıb.

Teqlər: