Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycanda 2020-ci ildə karbon qazı tullantıları 2019-cu illə müqayisədə 5,3 faiz azalıb.
AzerTimes bu barədə bp şirkətinin Dünya enerjsinin statistik icmalına istinadən məlumat verir.
Qeyd olunur ki, 2019-cu ildə karbon qazı tullantıları 35,9 milyon ton idisə, 2020-ci ildə bu göstərici 34,1 milyon ton təşkil etmişdi.
Azərbaycanda karbon qazı tullantılarının həcmi 2010-cu ildə 27,4 milyon ton, 2011-ci ildə 30,7 milyon ton, 2012-ci ildə 30,8 milyon ton, 2013-cü ildə 31,1 milyon ton, 2014-cü ildə 31,7 milyon ton, 2015-ci ildə 34,1 milyon ton, 2016-cı ildə 33,6 milyon ton, 2017-ci ildə 32,4 milyon ton, 2018-ci ildə 34 milyon ton təşkil edib.
bp-nin qiymətləndirməsinə əsasən, dünya ümumi karbon qazı tullantıları 2019-cu ildə 34 356,6 milyon tondan 2020-ci ildə 32 284,1 milyon tonadək (6,3 faiz) azalıb.
Tullantıların həcminə görə, Avropa İttifaqı liderlik edir. Bu regionun payına dünya karbon tullantılarının 13,4 faizi düşür.
(Tərcümə: Orxan Nəbiyev)