Azərbaycan XİN Tacikistana zəlzələ ilə bağlı başsağlığı verib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş vermiş zəlzələ ilə əlaqədar başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, Azərbaycan XİN-in başsağlığında deyilir: “Tacikistanda beş nəfərin ölümünə səbəb olan zəlzələnin baş verməsi barədə xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”.

Qeyd edək ki, Tacikistanın şimalında Rixter cədvəli ilə 5,9 bal gücündə zəlzələ baş verib. Nəticədə 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teqlər: