2022-ci ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi
məhsulunun faktiki qiymətlərlə dəyəri 774,7 milyon manat təşkil
edib.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, dəyərin 733,5 milyon
manatı heyvandarlıq, 41,2 milyon manatı bitkiçilik məhsullarının
payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının
istehsalı 3,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5
faiz, bitkiçilik m əhsulları üzrə 14,1 faiz artmışdır.