Azərbaycanda israilli investorlarla çox sayda sazişin imzalanması gözlənilir

Azərbaycanda israilli investorlarla çox sayda sazişin
imzalanması gözlənilir.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru
Əkbər Abbasov Azərbaycan-İsrail biznes forumundan sonra
jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İsrail müəssisələri biznes forumda
Azərbaycanın investisiya imkanları ilə tanış olublar.

Ə.Abbasov əlavə edib ki, işgüzar görüşlərdən sonra israilli
investorlarla Azərbaycanın aqrar sektor nümayəndələri arasında çox
sayda sazişin imzalanması gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: