Azərbaycanda inzibai məsuliyyətə cəlb edilənlərin sayı 33 faiz artıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il Azərbaycanda inzibai məsuliyyətə cəlb edilmiş şəxslərin sayı açıqlanıb.

Trend-in məlumatına görə, 2020-ci ildə inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 33,4 faiz artaraq, 54,8 min nəfər olub.

İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,6 faizinə inzibati cərimə, 16,6 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 16,5 faizinə inzibati həbs, 1,5 faizinə ictimai işlər, 16,8 faizinə isə digər tənbeh növləri tətbiq edilib.


Twitter: @ElchinMehdiyev

Teqlər: