Azərbaycanda insanlar cinsi toxumalarını saxlaya biləcək

Azərbaycanda insanlar cinsi toxumalarını saxlaya biləcək

Azərbaycanda insanlara cinsi toxumalarını saxlatmaq hüququ veriləcək.

AzerTimes xəbər verir ki bu, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Qanun layihəsində cinsi toxumaların saxlanılmasını nəzərdə tutan 14-cü maddə var. Bu hüquqi norma donorluqdan fərqli olaraq şəxsin bilavasitə özünə yönəlib.

Belə ki, insan müəyyən faktorlardan asılı olaraq öz reproduktiv fəaliyyətini itirə bilər (indiki dövrün reallığıdır).

Xüsusilə yüksək riskli fəaliyyət sahələri vardır. Bu xüsusda, 14.1-ci maddədə insanlara hüquq verilir ki, öz cinsi toxumalarını saxlada bilsinlər.

Teqlər: