Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda indiyə qədər verilən ipoteka kreditlərinin həcmi
açıqlanıb.
AzerTimes-ın
məlumatına görə, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti
haqqında Hesabatda qeyd edilir ki, 31 dekabr 2021-ci il tarixinə
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka
kreditlərinin həcmi 2,0 milyard manata yaxın olub, 36,7 mindən çox
ailənin ipoteka krediti hesabına mənzil şəraitinin
yaxşılaşdırılması təmin edilib.
Hesabat ilində müvəkkil banklar tərəfindən 356,1 milyon manat
həcmində 5293 ipoteka krediti verilib ki, bu da Fondun fəaliyyətə
başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. 2020-ci
ilə nisbətən ipoteka kreditlərində 40 faizə yaxın artım (2020-ci
ildə 257,5 milyon manat məbləğində 3783 ipoteka krediti verilib)
qeydə alınıb.