Azərbaycanda ifrat yoxsulluq göstəricisi aradan qalxıb – Milli Əlaqələndirmə Şurasının katibi (FOTO)

Azərbaycanda ifrat yoxsulluq göstəricisi aradan qalxıb. Ancaq
yoxsulluq göstəricisi var.

AzerTimes-ın məlumatına görə, bunu Dayanıqlı İnkişaf üzrə Milli
Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf
üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək”
mövzusunda keçirilən ictimai müzakirədə bildirib.

O qeyd edib ki, Prezidentin müvafiq sərəncamı ilə 2016-cı ildə
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yardılıb.

“Ötən il ölkə başçısının digər sərəncamı ilə Milli İnkişaf
Prioritetləri də təsdiq olunub. İşğaldan azad edilmiş ərazilərə
mərhələli formada qayıdış həmin sənədin əsas istiqamətlərindən
biridir”, – H.Hüseynov deyib.

Teqlər: