Azərbaycanda hotellər 6 ay ərzində ulduz kateqoriyası alacaqlar

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə edəcəklər.

AzerTimes-ın məlumatuna görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçirilir.


Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatı aparılmalıdır. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılma qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: