Azərbaycanda hər zaman struktur islahatlarına xüsusi diqqət yetirilib – Deputat

44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunması
regionda tamamilə yeni reallıqlar yaratmaqla yanaşı idarəçilik
sistemində də bir sıra yeni addımların atılmasına şərait yaratdı.
Bunlardan biri də işğaldan azad edilmiş ərazilərdə Prezidentin
xüsusi nümayəndələrinin təyin olunması idi. Xüsusi nümayəndəlik
institutu tamamilə yeni idarəçilik sistemidir və bugünə qədər
xüsusi nümayəndəlik istitutunun müsbət nəticələrini görürük.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanda daim bütün sahələrdə zamanın tələbinə uyğun olaraq
islahatlar aparılıb.

“Ölkəmizdə hər zaman struktur və idarəetmə sahəsində
islahatlarına da xüsusi diqqət yetirilib və islahatların məqsədi
idarəçilik sisteminin təkmilləşdirilməsi, çevikliyin artırılması,
vətəndaş məmmunluğunun təmin edilməsi olub. Bu gün də bütün
sahələrində müsbətə doğru dəyişikliklər baş verir, islahatlar
aparılır və nəticədə vətəndaş məmmunluğu yaranır.

Düşünürəm ki, regional idarəçilik sistemində də islahatların
aparılması zamanın tələbi ilə reallaşmalıdır. Cənab Prezident İlham
Əliyevin qeyd etdiyi kimi mövcud regional idarəçilik sistemi Sovet
İttifaqının çökməsindən sonra yaradılıb. Zaman keçdikcə bu
idarəçilik sistemi dövrün tələblərinə cavab vermir, idarəçilikdə
müəyyən çətinliklər ortaya çıxır.

İdarəçilikdə olan müəyyən çətinliklər göstərir ki, bu sahədə də
islahatların apaılmasına böyük ehtiyac var”, – deyə deputat
bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin idarəçilik
sisteminin təkmilləşdirilməsi sahəsində apardığı işlər onu göstərir
ki, gələcəkdə regional idarəçilik sahəsində də islahatları
dərinləşdirmək mümkün olacaq.

“Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə yaradılan xüsusi
nümayəndəlik institutunun digər regionlarda da tətbiqi öz
aktuallığını artırır. Bu gün işğaldan azad edilən ərazilərdə
aparılan sürətli bərpa və quruculuq işləri xüsusi nümayəndəlik
istitutunun əhəmiyyətini artırır və bu idarəçilik sisteminin müsbət
tərəflərini göstərir. Bu modelin gələcəkdə digər regionlarda
tətbiqi idarəçilik sisteminə və məmur-vətəndaş münasibətlərinə çox
müsbət təsir göstərə bilər”, – deyə deputat əlavə edib.

Teqlər: