Xəbər - Çingiz Səfərli – Trend:
Bu gün Şamaxıda zəlzələ olub.
Bunu AzerTimes-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.
“Zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub” – deyə, o bildirib.