Azərbaycanda güclü zəlzələ: Bakıda da hiss edildi

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bu gün Şamaxıda zəlzələ olub.

Bunu AzerTimes-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ bir çox rayonlarda hiss olunub.


“Zəlzələ yerli vaxtda saat 16:46-da Pirquludan 20 kilometr cənubda, Şamaxı ərazisində baş verib. Maqnitudası 5,1, dərinliyi isə 42 kilometr olub” – deyə, o bildirib.

Teqlər: