Azərbaycanda “Google Pay” təmassız ödəniş sisteminin işə düşəcəyi müddət açıqlanıb

Bu ilin yayında Azərbaycanda “Google Pay” təmassız ödəniş
sistemi işə düşəcək.

Bunu Trend
müsahibəsində “Paşa Bank”ın İdarə heyətinin sədri Cəlal Orucov
deyib.

Onun sözlərinə görə, bu, alış-verişi “Android” platformalı mobil
qurğular vasitəsilə həyata keçirməyə imkan verəcək.

“Bu cür həllərin tətbiq olunması bizə uzunmüddətli perspektivdə
faktiki olaraq plastik kartlardan tam imtina etməyə imkan verəcək”,
– C.Orucov deyib.

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycanda “Apple Pay”
təmassız ödəniş sistemi işə salınmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: