Azərbaycanda general vəzifəsindən azad edildi

Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru
Rasim Kazımov işdən azad edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev
əmr imzalayıb.

Əmrə əsasən, Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş
həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq
orqanlarında qulluq keçməsinə xitam verilib.


Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a
təsdiqləyiblər.

Teqlər: