Azərbaycanda Frankofoniya Günləri keçiriləcək

Aprelin 1-dən 22-dək Azərbaycanda “Frankofoniya 2022” Günləri
keçiriləcək.

Fransanın Azərbaycandakı səfirliyindən AzerTimes-a verilən məlumata görə,
Frankofoniya Günləri çərçivəsində kino, natiqlik müsabiqəsi, sərgi,
konfranslar, məktəblərdə tədbirlər (teatr, mahnı, rəqs və s.) və
hədiyyələr təşkil olunacaq.

Hər il Frankofoniya Günləri bütün dünyada, fransızdilli
ölkələrdə, eləcə də fransız dilinin tədris edildiyi və öyrənildiyi
ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunur.

Bu il Frankofoniya günləri Frankofoniyanın gənclərə və onların
istəklərinə, xüsusən də sahibkarlıq, rəqəmsal texnologiya və
davamlı inkişaf sahələrində dəstəyini vurğulamaq üçün “Gələcəyin
frankofoniyası” mövzusu adı ilə qeyd olunur.

Fransız dili Azərbaycanda tədris olunan və öyrənilən üçüncü
xarici dildir. Orta məktəblərdə 60 minə yaxın şagird fransız dilini
öyrənir və 500-ə yaxın fransız müəllimi var.

Azərbaycan Fransız İnstitutu (IFA) aşağıdakı üç universitetin
fransız dili fakültələrinin tələbələri üçün üç natiqlik müsabiqəsi
təşkil edir : Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət
Universiteti və Naxçıvan Dövlət Universiteti. Bu müsabiqələrin üç
qalibi IFA-nın təşkil etdiyi Fransaya mədəni və dilçilik səyahəti
hüququ qazanacaq. Bəzi fransızdilli səfirlər münsiflər heyətinin
üzvü olacaqlar. Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyası
olan APFAZ ölkə üzrə bir sıra məktəblərdə Frankofoniya günləri
keçirir və bu günlərdə fransız dilini öyrənən tələbələr fransız
dilində hər cür teatr, xor, şeir, mahnılar, rəqslər və s. təqdim
edəcəklər. Onlara Fransanın TOTALEnergies şirkəti və Azərbaycan
fransız İnstitutu tərəfindən təqdim olunan kitablar və hədiyyələr
veriləcək. Azərbaycan fransız dili müəllimlər assosiasiyası (APFAZ)
həmçinin UFC (University Foundation Courses) ilə müəllim və
tələbələrin həm Azərbaycanda, həm də beynəlxalq aləmdə peşəkar
gələcəyini hazırlaşmaq üçün fransız dilinin üstünlüklərinə həsr
olunmuş müsabiqə təşkil edəcək.

Teqlər: