Azərbaycanda fərdi ovçuluq təsərrüfatı yaradılacaq

Xəbər - Samir Əli – Trend:

Ölkədə fərdi ovçuluq təsərrüfatlarının yaradılması ilə bağlı iş aparılır.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova nazirliyin təşkil etdiyi “Ekspert saatı”nda deyib.

O bildirib ki, bu məsələ hazırda aktualdır: “Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasında daxili yazışmalara başlanılıb. Yeniliklər olduqda ictimaiyyətə açıqlanacaq”.

Teqlər: