İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi tərəfindən mayın 4-də növbəti hərrac
keçiriləcək.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən
AzerTimes-a verilən məlumata görə, Qaradağda yerləşən “Kotal” (7 ha),
“Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha),
Qəbələdə yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha)
faydalı qazıntı yataqları hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 aprel
2022-ci il saat 16:00-a qədər Agentliyə (Bakı şəhəri, Səbail
rayonu, İstiqlaliyyət küçəsi 31) təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün
iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət
haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və
fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak
Xidmətləri Məkanında keçiriləcəkdir.
Agentlik haqqında son xəbərləri və yenilikləri Facebook və
Linkedin səhifələrimizdən də əldə edə bilərsiniz.