Azərbaycanda “eTIR” prosedurunu işə salmaq planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük
Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin
Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov “Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf
perspektivləri” mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bununla əlaqədar olaraq DGK beynəlxalq
yükdaşımaların elektronlaşdırılmasının texniki uyğunlaşdırılması
üzrə tədbirləri başa çatdırır. DGK ilə Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyası arasında müvafiq memorandum
imzalanacaq.
“Bu gün DGK öz fəaliyyətini 2024-cü ildək nəzərdə tutulan
strateji plan layihəsinə uyğun olaraq həyata keçirir. Planda
rəqəmsal mühitə keçid nəzərdə tutulur. Bu günədək biz demək olar
ki, tamamilə elektron sənəd dövriyyəsinə keçmişik. Azərbaycan
elektron formatda Gürcüstan, Türkiyə, Ukrayna, İran, Rusiya kimi
ölkələrlə sənəd mübadilə edir. Bu ölkələrin sayının artırılması ilə
bağlı işlər aparılır”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)