Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur – Nazir

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyətini Türkiyə şirkətləri təşkil edir.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev türkiyəli həmkarı Vedat Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycanda əmək müqaviləsi ilə çalışan Türkiyə vətəndaşlarının sayı 4 mindən çoxdur.


“Son illərdə Azərbaycanda sosial müdafiə sahəsində ciddi islahatlar həyata keçirilib. Burada Türkiyə təcrübəsindədən istifadə olunub”.

Teqlər: