Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddiası ilə bağlı dinləmələr zamanı Azərbaycan rəsmi Yerevan barəsində təxirəsalınmaz tədbirlərin tətbiq olunmasına çağırıb.

Trend-in məlumatına görə, Azərbaycan tərəfinin nümayəndəsi Elnur Məmmədov bildirib ki, Ermənistan etnik təmizləmə və Azərbaycana qarşı zorakılığı tətikləmə üzrə kampaniyasını davam etdirir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə iddia qaldırıb.

Teqlər: