Azərbaycanda nəzərdə tutulan mühüm inkişaf prosesinin
əsaslarından biri də rəqəmsal səhiyyə islahatlarıdır.
İqtisadiyyatın digər sahələri kimi müasir çağırışda əsas rəqəmsal
iqtisadiyyatın bir hissəsi olaraq rəqəmsal səhiyyə sistemi də çox
vacibdir.
AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev
deyib.
Nazir bildirib ki, keçmiş səhiyyə paradiqmasında mərkəzdə tibb
xidmətinin təminatçısı, arxasında isə tibb müəssisəsi və avadanlıq
dayanırdı.
“Yeni paradiqma isə sırf pandemiya dövrü ilə bağlı faktiki
olaraq gündəmə çıxdı və biz buna yenidən baxmağa məcbur olduq.
Bütün dünya bu yolu gedir. Artıq mərkəzdə sırf vətəndaş durur,
səhiyyə sistemi isə vətəndaşın ətrafında qurulur və ona əlçatanlığı
təmin edilir.
Rəqəmsal səhiyyə bir neçə hissədən ibatətdir. İlk növbədə
elektron resept, həkim qəbuluna elektron qeydiyyat sistemidir və
tibbi məlumatlar toplusunun formalaşdırılmasıdır.
Bir sözlə rəqəmsal səhiyyə strategiyası çoxmodullu istiqamətdir.
Nəticədə vətəndaş bir-iki toxunuşla məqsədi üzrə səhiyyə sistemi
ilə təmasda olacaq”, – deyə nazir əlavə edib.