Azərbaycanda ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edildi

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi təsdiq edilib.

AzerTimes-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilməsi təklif edilib.


Təklif səsverməyə qoyularaq qəbul olunub.

Qeyd edək ki, 2021-ci il üzrə ehtiyac meyyarı 170 manat tşkil edib.

Teqlər: