Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 3,6 milyard manatlıq, o cümlədən 2,0
milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
1,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, 2021-ci ilin yanvar ayı
ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz,
o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5
faiz, qeyri-ərzaq malları üzrə 3,5 faiz artıb.
2022-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə
aldıqları mallara xərclədiyi vəsaitin 49,0 faizi ərzaq
məhsullarının, 6,0 faizi içkilər və tütün məmulatlarının, 14,8
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi
avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları
və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.