Azərbaycanda din xadimlərinin maaşları artırılıb

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən
mənəvi dəyərləri təbliğ edən şəxslər qismində din xadimlərinə
göstərilən maddi dəstəyin artırılması məqsədilə Fondun Himayəçilik
Şurasının iclası keçirilib.

Fonddan AzerTimes-a verilən məlumata görə, Şura ölkədə bütün
sahələrdə əməkhaqları və digər müavinətlərdə olan artımı rəhbər
tutaraq, rəsmi təyinatı olan din xadimlərinə göstərilən maddi
dəstəyin məbləğinin 20 % artırılması haqqında qərar qəbul edib.

Belə ki, rəsmi təyinat almış din xadimlərinə göstərilən maddi
dəstək müvafiq olaraq imamlar üçün 630 manatdan 756 manata, imam
müavinləri üçün 490 manatdan 588 manata, mütəvəllilər üçün 350
manatdan 420 manata qaldırılıb. Qərara əsasən artım cari ilin
yanvar, fevral və mart aylarına da şamil edilməklə din xadimlərinin
bank hesablarına köçürülməyə başlanılıb.

Teqlər: