Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 55 yeni
yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat
edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 750 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 741 nəfər müalicə olunaraq
sağalıb, 9 681 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.
Ölkədə son sutka ərzində 3 313, hazırkı dövrədək isə 6 685 296
test aparılıb.