Azərbaycanda daha 21 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni
yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat
edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 604 nəfər koronavirus
infeksiyasına yoluxub. Onlardan 781 394 nəfər müalicə olunaraq
sağalıb, 9 672 nəfər vəfat edib, aktiv xəstə sayı 538 nəfərdir.

Ölkədə son sutka ərzində 2 806, hazırkı dövrədək isə 6 676 788
test aparılıb.

Teqlər: