Azərbaycanda daha 2 erməni casusunun məhkəməsi başlayır

Xəbər - Samir Əli – Trend:

Azərbaycanda daha iki nəfər erməni barəsində cinayət işinin istintaqı başa çatıb.

AzerTimes-ın məlumatına görə, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç barəsində Cinayət Məcələsinin 276-cı (casusluq) maddəsi ilə təqsirli bilinib.

Hər iki şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb və iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 14-ə təyin edilib.

Teqlər: