Azərbaycanda bunu görmək ürəkaçandır – Bin Nun

Azərbaycanda bunu görmək ürəkaçandır – Bin Nun

Antisemitizmin gücləndiyi dönəmdə Azərbaycanda yəhudi icmasının azadlıq və bərabərliyini müşahidə etmək sevindiricidir.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun sosial şəbəkədə yazıb.

“Azərbaycan azad və çiçəklənən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının yararlandığı azadlıq və bərabərliyi görmək ürəkaçandır”, – o qeyd edib.

Qeyd edək ki, mayın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasında görüş keçirilib.

Teqlər: