Azərbaycanda bu xəstəliyin də müalicəsi pulsuz olacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə
xidmətlər zərfinə daxil edilə bilər.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
deyib.

O bildirib ki, sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə
daxil edilməyib.


“Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək. Bu, artıq
nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin
müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, – deyə Z.Əliyev
vurğulayıb.

Teqlər: