Azərbaycanda bu şəxslər 4 minə yaxın maaş alır

Azərbaycanda bu şəxslər 4 minə yaxın maaş alır

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827.9 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əmək haqqları artıb.

Əmək haqqı neft-qaz sektorunda 3409.2 manat, qeyri neft-qaz sektorunda 778.5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780.7 manat, özəl müəssisələrdə isə 880.9 manat olub.

Mədənçıxarma sənayesində fəaliyyət göstərən işçilərin orta aylıq nominal əməkhaqqı 3 263.1 manat təşkil edib. Rəsmi qeydlərə əsasən, özəl müəssisələrdə bu məbləğ 3 959.4 manat olduğu halda, dövlət müəssisələrində daha az 2 080.4 manat təşkil edib.

2022-ci ilin yanvar-oktyabr aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 2 066.8 manat, dövlətdə çalışanlarda 2 211.6 manat, özəldə çalışanların isə 2 029.4 manat olub.

Növbəti gəlirli sahə peşə, elmi və texniki fəaliyyət sahəsi olub. Burada fəaliyyət göstərənlərin orta hesabla aylıq nominal gəliri 1 392.4 manat olub. Özəl sektorda çalışanlar 1 971.9 gəlir əldə edərkən, dövlət sektorunda çalışanlar isə 876.6 manat gəlir əldə edib.

Digər gəlirli sektor isə informasiya və rabitə sahəsidir. Bu sahədə çalışanların orta aylıq nominal gəliri 1 332.7 manatdır. Dövlət müəssisələrində orta aylıq nominal gəlir 1 115,1 manat olduğu halda özəl müəssisələrdə əməkhaqqı 1 527 manat olub.

Dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1 168.7 manat olub. Dövlət müəssisələrində əməkhaqqı 1 207.7 manat ikən, özəl sektorda 386.9 manat təşkil edib.

Teqlər: